İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dəhşətli qəzada ölənlərdən biri məşhur biznesmen imiş - VİDEO

1652 29.07.2022 09:25 Hadisə A A


Dünən Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Musavat.com  “qafqazinfo”ya istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində “Toyota Prado” markalı minik avtomobili yük maşınına çırpılıb.

Nəticədə “Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.

Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və “Şahdağ Cəlil” adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR