İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda DƏHŞƏT: İki nəfər yanaraq öldü - TƏFƏRRÜAT

1425 25.07.2022 09:50 Hadisə A A

 

Tovuzda iki qadının ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub. 

Musavat.com-un xəbərinə görə, hadisə ilə bağlı Oxu.Az-a Tovuz rayon İbrahimhacılı kənd Bələdiyyəsinin nümayəndəsi Fəzail Məmmədhəsənov məlumat verib. 

O bildirib ki, yanğın qısaqapanma nəticəsində baş verib və hadisədə ölən xanımlar qohum olublar:

“Yanğından gecə saat 02:56-da xəbərim oldu. Xanımlar həm qohum, həm də qonşu olublar. Yanğın Yaqut xanımın evində baş verib, o, tək yaşayırdı, həyat yoldaşı Oruc Quliyev də uzun müddət əvvəl dünyasını dəyişib, oğlunun birini gənc yaşda itirmişdi, digər oğlu isə Rusiyada yaşayır, ölkəyə tez-tez gəlmir. Yaqut xanım xəstə olub deyə Həqiqət xanım onun tək qalmasını istəməyib. 

Onların heç bir düşmənçiliyi yoxuydu, mehriban adamlar idi. Mən evə gedəndə gördüm ki, divarda elektrik xətləri yanıb, tüstüdən boğulub qalxa bilməyiblər. Saat 03:07-də polisdən zəng gəldi ki, bəs ölüm hadisəsi olub, ölənlər kimdir? Daha sonra bölmə rəisi, rəisin müavini, prokuror gəldi. Cənazələr saat 05:14-də ekspertizaya aparıldı, indi morqdadır, yəqin, dəfn mərasimi sabah olar, ancaq bu gün də olma ehtimalı var”. 

***

Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

Müsavat.com bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR