İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda daha bir baş məşqçi istefası – SON DƏQİQƏ

1866 06.11.2023 22:56 İdman A A

Bu gün II Liqada növbəti baş məşqçi dəyişikliyi reallaşıb.

Novruz Əzimov son anda çempionata qatılan “Dinamo” ilə vidalaşıb. Anlaşmaya qarşılıqlı razılşam əsasında xitam verilib. Bir neçə turdur uğursuz çıxış edən klubun dəyişikliyə gedəcəyi gözlənilən idi. Bu gün 10-cu tur çərçivəsində “Şahdağ”la keçirilən oyun “fitil”i çəkib.

Belə ki, “polislər” Qusardan olan rəqibinə 0:9 hesabıyla uduzub.

Mövsümün geridə qalan hissəsində 12 xal toplayan “Dinamo” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.//SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR