İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaq VİDEO

2127 22.04.2022 08:25 Sosial A A

Mülki aviasiya sahəsində və ağır iş şəraitində çalışanlar daha tez pensiyaya çıxa biləcəklər. Bu məsələ "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Musavat.com xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı "Xəzər Xəbər"ə deyib ki, bu sahələrdə çalışan şəxslər pensiya təyinatına dəyişikliklərin olması ilə bağlı bir neçə dəfə müraciətlər ediblər. Artıq qeyd olunan sahələrdə çalışan şəxslərin pensiya təyinatı ilə bağlı dövlət tədbirlər görəcək.

Məlahət İbrahimqızının sözlərinə görə, mülki aviasiya sahəsində və ağır iş şəraitində çalışanlar pensiyaya çıxarkən onlar üçün həm pensiya kapital tələbatı, həm də 25 illik staj tələbi, eyni zamanda, yaş tələbi var idi. Bir sıra hallarda bu kateqoriyadan olan insanlar həmin yaş müddətində pensiya kapitalını toplaya bilmirdi. Stajı toplaya bilmədiyinə görə, müvafiq şəraitdə lazımi pensiyanı da ala bilmirdi. İndi bu tələblər aradan qaldırılır.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında"qanuna edilən dəyişikliklər komitə iclasında müzakirə olunaraq qəbul edilib. Qanuna edilən dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR