İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bu məhsullar UCUZLAŞDI - SİYAHI

11347 15.09.2023 20:45 İqtisadiyyat A A

Dünyada son bir ildə ərzaq qiymətlərində 11,8 faiz enmə müşahidə edilib.

BMT-nin məlumatına əsasən, bu dövrdə ət və ət məhsulları 5,4 faiz, süd və süd məhsulları 22,4 faiz, taxıl məhsulları 14,1 faiz, bitki yağları 23 faiz ucuzlaşıb.

Son bir ildə yalnız şəkər bahalaşıb. Şəkərin qiyməti 34 faizdən çox yüksəlib.

Ərzaq qiymətlərində enmə aylıq müqayisədə də baş verib. Avqustda ərzaq qiymətləri 2,1 faiz azalıb. Azərbaycanda adıçəkilən əsas məhsullardan yalnız buğda və buğda ununun qiymətində, həmçinin çörəkdə ucuzlaşma var.

Digər məhsullarda isə nəinki ucuzlaşma müşahidə edilmir, əksinə qiymətlər bir qədər də artıb./Sfera.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR