Son illər Azərbaycanda ailə institutunda müşahidə olunan dəyişikliklər boşanma statistikasında da öz əksini tapır.
Rəsmi məlumatlara görə, 2026-cı ilin ilk beş ayında ölkədə 15 min 107 nikah, 8 min 87 boşanma qeydə alınıb.
Boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalsa da, bu halların daha çox hansı yaş qruplarında baş verməsi maraq doğurur.
Son statistikaya əsasən, kişilər arasında boşanmaların ən yüksək göstəricisi 35-39 yaş qrupunda qeydə alınıb. Bu yaş qrupu boşanmaların sayına görə ilk sırada qərarlaşıb. İkinci yerdə isə 30-34 yaş qrupu gəlir. Kişilər arasında ən aşağı boşanma göstəricisi isə 18-24 yaş qrupunda qeydə alınıb.
Qadınlar arasında isə fərqli mənzərə müşahidə olunur. Belə ki, ən çox boşanma 30-34 yaş qrupunda qeydə alınıb. İkinci yerdə isə 35-39 yaş qrupu qərarlaşıb. Kişilərdən fərqli olaraq, qadınlar arasında ən aşağı boşanma göstəricisi 60 və yuxarı yaş qrupunda qeydə alınıb./AZXEBER.COM






