İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 6 dövlət obyekti icarə müsabiqəsinə çıxarıldı

995 21.09.2023 15:49 Son xəbər A A

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 6 obyekti qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə çıxarıb.

Bu barədə Musavat.com-a Dövlət Xidmətindən bildirilib.

Şamaxı, Ağsu, Sabirabad, Xaçmaz, Quba rayonlarında və Mingəçevir şəhərində yerləşən obyektlərin aylıq icarə qiyməti 30 manatdan başlayır.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün okyabrın 9-na qədər Dövlət Xidmətinin aidiyyəti üzrə yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla //clck.ru/35hdd7 linki vasitəsilə tanış olmaq mümkündür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR