İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda 27,6 kq-a yaxın narkotik aşkarlanıb

379 30.01.2023 11:31 Kriminal A A

Həftəsonu Azərbaycanda aşkarlanan narkotik maddə çəkisi açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, yanvarın 28-29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.

"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR