İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı HƏRƏKƏTƏ keçdi – Münasibətlər zərbə altında...

3848 17.05.2023 21:58 Siyasət A A

“ABŞ Dövlət Departamentinin qərəzli və həqiqətdən uzaq, eləcə də siyasi sifarişli hesabatı regiondakı reallıqları əks etdirmir. Ölkəmizə qarşı qərəzli münasibətin açıq ifadəsidir. Yaxşı olardı ki, ABŞ öz daxilində olan dini, etnik bərabərsizlik məsələlərinə diqqət yetirsin. Qaradərililərə qarşı olan münasibəti araşdırsın və bunu hesabatlarına daxil etsin”.

Bunu Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas.jpg (91 KB)

Politoloq bildirib ki, Azərbaycan hüquqi dövlətdir:

“Burada dünyəvi prinsiplər üstünlük təşkil edir. Bu, bizim Konstitusiyamızda qeyd olunub. Azərbaycanda konstitusion quruluşu devirmək, tamamilə başqa meyarlara və maraqlara xidmət edən dövlət hakimiyyəti qurmaq istəyən istənilən qruplara qarşı əlbəttə ki, hüquqi çərçivədə tədbir görülür. Bunu siyasiləşdirmək tamamilə yolverilməzdir. Azərbaycan hüquq müstəvisində bütün məsələləri nəzərdən keçirir. Lakin biz görürük ki, ABŞ Dövlət Departamentinin bu cür qərəzli hesabatları həm də ölkəmizə qarşı mənfi rəyin formalaşmasına xidmət edir. Mənfi rəyin genişlənməsi üçün bu cür hesabatlar eyni zamanda ABŞ-Azərbaycan münasibətlərini də zərbə altında qoyur. Çünki dövlətlər arasında strateji münasibətlər var. Enerji təhlükəsizliyi ilə bağlı çox böyük bir yol qət olunub. Buna görə də bu cür qərəzli hesabatlar heç də dövlətlərarası münasibətləri sarsıda bilməz, amma aydındır ki, siyasi sifariş əsasında yazılan bu hesabat həm də stilistikasına görə siyasi qərəz daşıdığını özündə ifadə edir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR