İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana böhtan atırdılar, indi özləri Ukraynaya muzdlu göndərir...

3219 12.03.2022 19:09 Gündəm A A

“Müharibə qanunları”, “müharibə qaydaları”, “müharibə cinayətləri” deyilən anlayışlar var.
İlk baxışda belə təəssürat yarana bilər ki, müharibədirsə, nə qayda, nə qanun. Ancaq məsələ belə deyil. Müharibə bəzən qaçılmaz olur, odur ki, uzun zamandır onun beynəlxalq normalar daxilində aparılması şərtləri də müəyyənləşib.

Bəllidir ki, işğalçılıq yox, işğaldan xilas olmaq savaşı, Vətən Müharibəsi də olur. Necə ki, 2020-ci ilin payızında Azərbaycan 44 günlük haqq savaşı apardı, 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını düşməndən azad etdi.
İkinci Qarabağ Müharibəsində də Azərbaycan dünyaya bir nümunə göstərdi. Heç bir müharibə cinayətinə yol vermədik, dinc insanları bombalamadıq. Yalnızca öz torpaqlarımızı azad etdik. Baxmayaraq ki, Ermənistan Gəncəni, Bərdəni, Tərtəri, Naftalanı, Goranboyu, Mingəçeviri dəfələrlə raket atəşinə tutdu, 100-ə yaxın dinc sakin həyatını itirdi.

Eyni zamanda Azərbaycan 44 günlük savaşda yalnız öz ordusu, əsgərləri ilə döyüşdü. Bir nəfər də olsun xaricdən muzdlu olaraq kimsə bu savaşda iştirak etmədi Azərbaycan tərəfdən. Azərbaycan dövləti öz torpaqlarını yalnız öz əsgərləri ilə azad etdi.

susa(4).jpg (142 KB)
Ancaq mənfur düşmən və onun bəzi açıq və gizli havadarları haqq savaşımızda bizə hansı çamurları atmadılar, hansı şantajları etmədilər? Qardaş Türkiyənin siyasi və mənəvi dəstəyindən zəncir gəmirirdilər, F-16-ların Gəncə aeroportunda xarici müdaxilələrə qarşı dayanmasından hikkələnmişdilər və s.

Böhtanlardan biri də bu idi ki, guya Azərbaycan Qarabağ savaşına xarici vətəndaşları muzdlu olaraq cəlb edib. Hətta Rusiyadan da bəziləri belə yalanları tirajlayırdılar ki, guya Azərbaycan tərəfdən suriyalı və s. muzdlular döyüşür.
Hansı ki, bunlar hamısı yalan idi və bircə fakt da olsun kimsə tapa, göstərə bilmədi. Ancaq Azərbaycan dünyaya faktlarla sübut etmişdi ki, Ermənistan tərəfdən Azərbaycana qarşı Liviyadan, Suriyadan, Fransadan, Rusiyadan və s. gətirilmiş muzdlular döyüşür. Onların fotolarını da dünyaya göstərmişdik. Faktlar əsasında Fransa vətəndaşı olan iki muzdluya cinayət işi də açıldı Parisdə...

teror-1616066877.jpg (307 KB)

Olmayan bir işə görə Azərbaycana şər atanları susdurmuşduq, ancaq onlar dayanmırdılar.

İndi çox qəribə bir mənzərə ortaya çıxıb: Bəri başdan qeyd edək ki, Rusiyanın Ukraynaya hücumunu qətiyyən Qarabağ savaşı, Vətən Savaşı ilə müqayisə etmək belə doğru deyil.

Sadəcə, ortada bir fakt var: Rusiya tərəfdən muzdlular Ukraynaya qarşı işğalçılıq müharibəsində iştirak edir. Özü də açıq aşkar şəkildə, ən yuxarı şəxs səviyyəsində etiraf edilərək...

Hələ bir müddət öncə Avropa, Qərb mediası yazmışdı ki, Rusiya Ukraynadakı müharibə və Kiyevin ələ keçirilməsi üçün suriyalıları cəlb edir. “The Wall Street Journal” nəşri yazmışdı ki, müharibənin ilk günlərində yazmışdı ki, Ukrayna şəhərlərində, o cümlədən Kiyevdə küçə döyüşləri üçün Moskva Suriyadan təcrübəli muzdlular gətirib.

Ən ciddi fakt isə ondan ibarətdir ki, beynəlxalq media muzdluların Ukraynaya ötürülməsində Ermənistandan da istifadə edildiyini yazır.
“Rusiyanın Suriya prezidenti Bəşər Əsədin tabeliyində olan muzdlu döyüşçüləri Ermənistan üzərindən Ukraynaya göndərdiyi üzə çıxıb.
Suriyanı tərk edən muzdlular Ermənistanın Erebuni aviabazasında toplanır. Suriyadan gələn döyüşçülər Şimali Osetiyanın Mozdok şəhərinə gətirildikdən sonra Rusiya əsgərləri ilə birlikdə Ukraynaya göndərilir” – deyə məqalədə bildirilir.
Heç şübhəsiz, Ukraynaya Ermənistandna göndərilən muzdlular içərisində 2020-ci ilin payızında Azərbaycana qarşı cinayətlər törətmiş terrorçu-döyüşçülər də var...

_.jpg (10 KB)

Ardınca isə bu faktı artıq media deyil, Ukraynanın prezidenti Volodimir Zelenski dilə gətirdi. O dedi ki, Rusiya Suriyadan Ukraynada döyüşmək üçün muzdlular gətirir: “Rus ordusu rusdilli vətəndaşlarla da çox pis rəftar edir. Kimin hansı dildə danışdığını, hansı kilsəyə getdiyini, hansı partiyanı dəstəklədiyini ayırd etməyən suriyalı muzdlular xarici bir ölkəyə ancaq öldürmək üçün gəlir. Minlərlə əsgərinin ölümünə əhəmiyyət verməyən düşmənlə vuruşuruq. Müharibə cəhənnəminə atmaq üçün Rusiyanın hər yerindən əsgər toplayan düşmən artıq indi suriyalıları gətirmək fikrinə düşüb. Rusiya Suriyadan quldurlar gətirir”.

Nəhayət, Rusiya özü də bu hərəkətini gizlətmədi. Dünən Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəyə könüllülərin cəlb edilməsinə göstəriş verib. Təhlükəsizlik Şurasının iclasında çıxış edən Vladimir Putin deyib ki, Ukraynanın qərbli sponsorları münaqişədə iştirak üçün muzdluların Ukrayna ərazisinə göndərilməsini gizlətmirlər: “Ona görə də görsəniz ki, xüsusən də pul qarşılığında yox, könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən var, onları qarşılayıb bu şəxslərin döyüş bölgəsinə göndərilməsinə kömək etmək lazımdır”.
Əlbəttə, pulsuz döyüşmək nağıldır, fakt ondan ibarətdir ki, Rusiya muzdluları dəhşətli cinayətlər törətməyə cəlb edir və bunu gizlədə də bilmir...
Dünya həm böyük, həm də kiçikdir. İlyarım öncə Rusiyanın rəsmiləri Azərbaycanı muzdlu ittihamı ilə şantaj edirdi. Ancaq bu gün həmin Rusiya özü muzdluları cəlb edir, Ukraynaya ötürür.
Hansı marşrutla, bu da sirr deyil və bu beynəlxalq cinayətdə Ermənistan da iştirakçıdır.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, İkinci Qarabağ savaşı dövründə “Syrians for Truth and Justice” təşkilatının (STJ) heabatında ilginc faktlar səslənmişdi. Bildirilirdi ki, Suriya erməniləri 2020-ci ilin payızında - sentyabr-oktyabr aylarında Azərbaycan ordusuna qarşı döyüşmək üçün Qarabağa göndərilib.

O zaman “Haber Global” bu haqda geniş məlumat vermişdi. Hesabatdan sitat: “Döyüşçülərin ilk iki hissəsi 19-22 sentyabr, digərləri 12, 21 və 17 oktyabrda köçürülüb. Oktyabrın 21-də həyata keçirilən iki ayrı transferdə 37 erməni əsilli döyüşçü Ermənistana, oradan da Qarabağa göndərilib. Döyüşçülərin Liviyada pul müqabilində döyüşmək üçün yazıldıqları, Ermənistan haqqında kifayət qədər məlumatlı olmadıqları və Ermənistana göndərildikləri barədə məlumatı son anda aldıqları (ailələrinin açıqlamalarına görə) bildirilib.
Ümumilikdə 37 nəfərdən ibarət döyüşçülərin ilk qrupunda 23 əsgər olub, M.E.Hamud adlı vasitəçi ilə toplanıb. İkinci qrupda isə 14 nəfər olub və M.Əl-Fayad adlı vasitəçi tərəfindən toplanıb.
Hesabatda cəbhədə ölən və yaralananların sayı göstərilməsə də, Homs Hərbi Xəstəxanasında işlədiyi iddia edilən bir feldşer son 3 ayda ölən əsgər sayının 35 olduğunu iddia edib”.

Ən ilginc məqam odur ki, hesabatda muzdluların maaşının Rusiya tərəfindən ödənildiyi qeyd olunur: “Erməni mənşəli muzdluların Deyr əz-Zor və Homsdan olduğu bildirilir. Onların demək olar ki, hamısı Suriyadakı 5-ci legionun üzvləri olub. “Pələng Qüvvələri” olaraq da bilinən 5-ci legionun üzvləri Əsəd qüvvələrinin bir hissəsi olmasına baxmayaraq, Rusiya tərəfindən idarə olunduğu bilinir. Liviyada döyüşməyə göndərilən qüvvələr İkinci Qarabağ müharibəsi başladığı zaman Rusiya tərəfindən Qarabağdakı erməni qüvvələrinə dəstək üçün istifadə edilib.
“Ermənistanda döyüşə görə nəql edilən əsgərlər prosesin təfərrüatı barədə tam məlumatlı deyildilər. Başlanğıcda pul qarşılığında Liviyada döyüşmək üçün qeydiyyatdan keçiblər. Liviyada aktiv döyüşlər dayandıqda və Qarabağda münaqişə böyüyəndə muzdlular Ermənistana göndərilib. Maaşlar ümumilikdə əsgərlərin təcrübəsinə və bacarıqlarına əsaslanıb və vəziyyətdən asılı olaraq 1000-2000 ABŞ dollar (1 700 - 3 400 AZN) arasında dəyişir. Lakin təcrübəsiz əsgərlərin yaralanmaları halında təzminat almaq hüququ yoxdur! İtkin düşmüş əsgərləri axtarmaq və əsirləri dəyişmək məcburiyyətində deyilik. Maaşı əsgərlərin özləri və ya ailə üzvləri vasitəçilərdən alırlar” – deyə, hesabatda muzdluların komandirlərindən birinə istinadən yazılmışdı.

Liviya əvəzinə Ermənistana göndərilən bir əsgərin anası isə pula çox ehtiyacları olduğu üçün oğlunun Əl-Harbi Briqadasına qoşulmaq istədiyini, buna görə də S.Əl-Hərbinin ofisinə getdiyini deyib.
“Orada maaşdan danışaraq onu Liviyaya getməyə inandırdılar. Sentyabrın 15-də zəng edərək təyyarənin tezliklə Liviyaya gedəcəyini dedilər. Oğlum ertəsi gün evdən çıxdı. Sentyabrın 18-də Xmeymim bazasından zəng edərək Liviyaya getmək üçün vəzifələndirildiyini söylədi. Bu, ondan aldığımız sonuncu xəbər oldu. Daha sonra Əl-Hərbinin ofisindəkilər oğlumun və digərlərinin döyüşçü çatışmazlığı yaşandığı üçün Ermənistana göndərildiyini söylədilər”...

Belə. Bütün beynəlxalq pozuntulara yol verənlərin bizi 2020-ci ildə etmədiyimiz işlərə görə suçlamalarına indi - bu faktlar daxilində söz tapıb demək olmur...

3a711bd8ba59c29ab74f9b80ab2f6621.jpg (85 KB)

Elşad MƏMMƏDLİ
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR