İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan yeyinti məhsullarının ixracını artırıb

1078 06.10.2022 12:16 İqtisadiyyat A A

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracı 29,5 milyard dollar təşkil edib ki, bunun da 2.1 milyard dolları qeyri-neft sektorunun payıdır.

Musavat.com İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, sentyabrda qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin doqquz ayı ilə müqayisədə 17 faiz artıb.

2022-ci ilin yanvar-sentyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2,4 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 38 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 20,7 faiz artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 591,5 milyon dollar təşkil edib. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,9 faizini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artıb.
Sentyabr ayında ölkənin ümumi ixracı 3,3 milyard dollar olub ki, bunun 231,2 milyon dolları qeyri-neft sektoruna aid mallardır. Ay ərzində yeyinti məhsulları üzrə ixrac 7,4 faiz artaraq 49,7 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 1,7 faiz artaraq 181,6 milyon dollar təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR