İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Türkiyə dünya çempionatına BU SƏBƏBDƏN qatılmayacaq

1556 02.11.2023 22:21 İdman A A

İrəvanda keçiriləcək sambo üzrə dünya çempionatında Azərbaycan və Türkiyə idmançıları iştirak etməyəcək.

Musavat.com bildirir ki, bu barədə erməni jurnalistlərə Ermənistan Sambo Federasiyasının prezidenti Mikael Ayrapetyan məlumat verib.

Onun sözlərinə görə, yarışda iştirak etmək üçün 70-dən çox ölkədən nümayəndə müraciət edib. Turnirə 500-dən çox idmançının və 2500 qonağın gələcəyi gözlənilir.

Bildirilir ki, noyabrın 10-12-də İrəvanda sambo üzrə dünya çempionatı keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl İrəvanın ev sahibliyi etdiyi beynəlxalq yarışda Azərbaycan və Türkiyə bayraqlarına həqarət olunmuşdu.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR