İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tərəfindən saxlanılan erməni “general”ın DOSYESİ   

2763 29.09.2023 15:56 Siyasət A A

 

 

Xəbər verdiyimiz kimi Ermənistanın Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı qüvvələrinin keçmiş komandanı Levon Mnatsakanyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Musavat.com Levon Mnatsakanyanın dosyesini təqdim edir:

Levon Mnatsakanyan 1965-ci il sentyabrın 14-də Xankəndidə anadan olub.

1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Belarus Hərbi Dairəsi) xidmət edib.

1989-cu ildə İrəvan Politexnik İnstitutunu bitirib.

1992-1994-cü illərdə motoatıcı bölmənin komandirinin müavini, hərbi hissənin artilleriya batalyonunun komandiri, artilleriya rəisi və artilleriya briqadasının komandiri vəzifələrini tutaraq, döyüş əməliyyatlarında iştirak edib.

2003-cü ildə ona “general-mayor” hərbi rütbəsi verilib.

2005-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.

2005-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib, bundan sonra DQR Müdafiə Ordusu komandirinin müavini (2005-2007), DQR Müdafiə Baş Qərargah rəisi vəzifələrində çalışıb. Ordu  komandirin ikinci müavini (2007-2012) olub.

2012-2015-ci illərdə - Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini kimi çalışıb.

3 sentyabr 2014-cü ildə ona general-leytenant hərbi rütbəsi verilib.

2015-ci il iyunun 15-də qondarma rejimin “müdafiə naziri” – “Müdafiə ordusunun” komandanı təyin edilib. 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR