İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan təcili yardım maşınları Xankəndidə! - VİDEO

6015 05.04.2023 00:56 Son xəbər A A

 

Bu gün axşam saatlarında ekoloji fəallarımızın aksiyasının keçirildiyi yerin yaxınlığında diqqətçəkən vəziyyət yaşanıb.

Saat 18:15 radələrində Rusiya sülhməramlıları Ermənistandan bir qrup erməni vətəndaşı gətirsələr də, onların keçidini ilkin olaraq razılaşdırmayıblar. Vəziyyət aydınlaşarkən, səhhəti pis olan üç mülki şəxsə tibbi yardım lazım olub.

Azərbaycan tərəfi erməni əsilli vətəndaşları üçün təcili tibbi yardım maşını təşkil edib və o gələnə qədər həkimlərimiz yerindəcə köməklik göstəriblər.

Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndinə çatdırıb.

Çox simvolikdir ki, Xankəndiyə ilk olaraq əsgərlərimiz yox, həkimlər daxil oldu. İnteqrasiya öz yolundadır.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR