İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan sərhədçiləri Balasanyanı saxlayıb? - SON DƏQİQƏ AÇIQLAMASI

4638 28.09.2023 11:30 Son xəbər A A

Separatçıların qondarma "Təhlükəsizlik Şurasının" keçmiş katibi Vitali Balasanyanın Azərbaycan sərhədçiləri tərəfindən həbs olunması barədə məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, Balasanyan erməni mediasına açıqlama verərək haqqında yayılmış xəbərə münasibət bildirib.

O, dünən Həkəri körpüsünü keçərkən Azərbaycan tərəfinin onu həbs etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

“Mən buradayam, ünvanımı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi, 29. Mən buradayam, hətta "Artsaxı" tərk etməyə cəhd də etməmişəm”, - o deyib.

Balasanyan təkidlə bildirib ki, Qarabağı tərk etmək fikrində deyil.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR