İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan selektiv abortlara görə dünyada birinci oldu

772 29.07.2022 16:15 Səhiyyə A A

Azərbaycan cins nisbətində selektiv abortlara görə Çini keçərək dünyada birinci olub.

Musavat.com xəbər verir ki, bu barədə məlumat BMT-nin Əhali Fondunun hesabatında qeyd olunub.

2021-ci ilin statistik göstəricisinə əsasən, Azərbaycanda doğulan uşaqların cinsə görə nisbəti 100 qıza 115 oğlan olaraq bölünüb. Çində isə bu göstərici 100 qıza 110.3 oğlan olaraq düşür.

Bu göstərici ilə Azərbaycan Çini ötərək birinci olub.

Qeyd edək ki, bu göstərici 1975-1980-ci ildən bu yana ən yüksək göstəricidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR