İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan sadəcə cəzalandırmır, həm də gələcəkdəki təxribat imkanlarını minimuma endirir”

453 05.10.2023 16:47 Siyasət A A

 

“Son həbslər Azərbaycanın ümumi Qarabağla və regionla bağlı siyasətinin bir parçasıdır. Digər siyasət necə uğurla icra olunursa, bu da uğurla icra olunur. Burada Azərbaycanın məqsədi sırf hansısa şəxslə bağlı, yaxud şəxsi müstəvidə atılmış addım deyil. Əsas məqsəd əzəli əraziləri işğaldan azad etmək, üzərində suverenliyini tam təmin etmək, regionda sülhün uzunmüddətli olmasına nail olmaq, təxribat ocaqlarını ortadan qaldırmaqdır”.

Bu fikirləri Musavat.com-a politoloq Araz Aslanlı bildirib. O əlavə edib ki, müstəqilliyi dövründə daim Azərbaycanın siyasəti buna istiqamətlənib: “Hazırda bu cinayətkar şəxslərin həbs olunması da bu kontekstdə dəyərləndirilməlidir. Dövlət olaraq Azərbaycan bunu etməyə borcludur. Azərbaycan regionda münaqişənin tam həllinə və sülhün mümkün qədər qalıcılığına çalışır”.

Ekspert tarixi yada salaraq əlavə edib ki, ermənilər Xocalı soyqırımını törədəndə böyük sevinc içində idilər: “Çünki xəyal dünyaları onunla məhduddur. Öz aləmlərində fikirləşirdilər ki, nəyəsə nail oldular. Amma Azərbaycan ciddi bir dövlətdir, yanaşması da mütərəqqi yanaşmadır. Azərbaycan sadəcə cəzalandırmır, həm də gələcəkdəki təxribat imkanlarını minimuma endirir.  Azərbaycanın siyasəti ona hesablanıb ki, gələcəkdə regionda sülh olsun. Sülh əməkdaşlıq mühitindən elə Ermənistan özü də faydalansın. Bütün bunlar üçün Azərbaycan təbii ki, bu şəxsləri həbs etməlidir, cəzalandırmalıdır və regionda yeni təxribat imkanlarını ortadan qaldırmalıdır. Bu, həm də nəyi xatırladır? Azərbaycan 1991-ci ildə müstəqilliyinə qovuşarkən müxtəlif güc mərkəzləri müəyyən qruplardan, yaxud Ermənistandan istifadə edərək Azərbaycana zərər vurmağa, təxribatlar törətməyə çalışırdılar. Əvvəllər buna nail olurdular. Arayik də, digərləri də alət funksiyası yerinə yetirərdilər. Ona görə də onlar cəzalarını almalıdırlar. Görsünlər ki, bu kimi əməllər cəzasın qalmır. Ən güvəndikləri dövlətlər, güclər də bu cür təxribatçı şəxsləri xilas edə bilmir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR