İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti Oksfordda Lüksemburqun Baş naziri ilə görüşüb - YENİLƏNİB

358 18.07.2024 14:28 Siyasət A A

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciəti əsasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

"Report"un Londona ezam olunan müxbirinin məlumatına görə, görüşdə ölkələr arasında ikitərəfli əlaqələr müzakirə olundu.

Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğuladı. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırdı.

Dövlət başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd etdi.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı.

Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və ittifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edildi.

Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirildi.

Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulandı.

Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırdı.

12:55

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

Bu barədə "Report"un Londona ezam olunmuş əməkdaşı xəbər verir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR