İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Prezidenti: "Əziz qardaşımın bizimlə bərabər olması ikiqat bayramdır"

350 28.05.2022 15:43 Gündəm A A

“Bu gün Azərbaycanda bayram günüdür. Müstəqillik günüdür. Ən əziz bayramdır. Əziz qardaşımın (Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdogan - red.) bizimlə bərabər olması ikiqat bayramdır. Bütün qonaqları səmimiyyətlə salamlayıram”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” Festivalında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, 104 il əvvəl müsəlman aləmində ilk Xalq Cumhuriyyəti quruldu və iki ildən sonra süqut etdi: "Azərbaycan öz müstəqiliyyini itirmişdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu otuz il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR