İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan parlamentindən Şimali Kiprlə bağlı MÜHÜM QƏRAR

939 05.04.2024 13:11 Siyasət A A

Milli Məclisin iclasında Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması ilə bağlı qərar müzakirəyə çıxarılaraq qəbul olunub.

Musavat.com-un xəbərinə görə, qərar layihəsini komitə sədri Səməd Seyidov təqdim edərək bildirib ki, əvvəlki illərdə də Şimali Kipr Türk Cümhuriyyətilə müxtəlif səviyyələrdə əlaqələr olsa da, 2021-ci ildə spikerin tapşırığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Şimali Kiprə səfər edərək yüksək səviyyələrdə görüşlər keçirib.

Komitə sədri əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti addımın atılmasını yüksək qiymətləndirib.

Deputatlar Musa Qasımlı, Anar İsgəndərov, Fəzail Ağamalı, Hikmət Babaoğlu Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin gücləndirilməsini təqdir ediblər. Azərbaycan Prezidentinin Milli Məclisdəki çıxışı zamanı “Bizim bir ailəmiz var, bu ailə Türk birliyidir”, sözlərini xatırladaraq, işçi qrupunun yaradılmasını dövlət başçısının siyasətinin məntiqi davamı kimi qiymətləndiriblər və parlament rəhbərliyinə təşəkkür ediblər.

Bildirilib ki, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupuna deputat Cavanşir Feyziyev rəhbərlik edəcək.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR