İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nümayəndə heyəti Serbiyada bir sıra görüşlər keçirib FOTO

414 01.12.2023 18:06 Siyasət A A

Belqrad-Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareyslərin yaxın vaxtlarda işə salınması üçün aparılan işlər müzakirə olunub.

Musavat.com xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti Serbiyada bir sıra hökumət rəsmiləri ilə görüşlər keçirib.

Serbiyanın daxili və xarici ticarət naziri Tomislav Momiroviç ilə görüşdə Azərbaycan ilə Serbiya Prezidentlərinin dostluq münasibətləri, birgə səyləri ilə strateji tərəfdaşlıq və qarşılıqlı hörmət prinsipləri əsasında bütün sahələrdə ikitərəfli əlaqələrin inkişaf etməkdə olduğu vurğulanıb.

İki ölkənin iqtisadi və ticarət əlaqələrinin icmalı, bu sahədə əməkdaşlıq gündəliyinin genişləndirilməsi, ticarət dövriyyəsində davamlı artıma nail olunması imkanları, ixrac edilə bilən məhsullar və potensial ixrac bazarlarına dair fikir mübadiləsi aparılıb. İki ölkə arasında viza rejiminin aradan qaldırılmasının önəmi qeyd edilib.

Serbiyanın dağ-mədən və energetika naziri Dubravka Cedoviç, tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç ilə də görüşlər olub.

Görüşlərdə qaz təchizatı sahəsində imzalanmış sənədlərin icrası, Azərbaycandan Serbiyaya qaz tədarükü ilə bağlı fikir mübadiləsi aparılıb. Serbiyanın Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal əlaqə layihəsinə cəlb edilməsi və elektrik enerjisi ticarəti imkanları nəzərdən keçirilib.

Eləcə də Azərbaycan və Serbiya arasında Belqrad-Bakı-Belqrad marşrutu üzrə birbaşa aviareyslərin yaxın vaxtlarda işə salınması üçün aparılan işlərdən bəhs olunub. İkitərəfli və tranzit yük axınlarının artırılması, infrastruktur sahəsində əməkdaşlığın davam etdirilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR