İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan mülki vətəndaşları bir səhər o istiqamətdə HƏRƏKƏTƏ KEÇƏCƏK

1793 06.04.2023 15:45 Gündəm A A

Xankəndidəki separatçı rejimin “dövlət naziri” Qurgen Nersisyan iddia edib ki, Laçın yolunda keçirilən aksiyanın tələbi dəyişib. “Tələb budur ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra aksiyanın başa çatmasından, yoldan tam istifadədən danışmaq olar. Artıq Xankəndiyə giriş və çıxış getdikcə daha da çətinləşir”, - o qeyd edib.

Nersisyanın  bu iddiası nəyə hesablanıb? Aksiyanın gedişatı hansı istiqamətdə dəyişə bilər? Xankəndi Bakının mesajını qəbul edəcəkmi?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Laçın yolunda aksiyanın başlaması bir məqsədin olduğunun göstəricisi idi.

ccdaec139f04d0985538cb7b18eafac5.jpg (41 KB)

Siyasi şərhçi vurğulayıb ki, “aksiya nəyə hesablanıb”, “nəyə nail olub” yanaşması ilə biz ilk növbədə Laçın dəhlizində nəzarəti əldə etdik:

“İkinci növbədə onun hərbi və siyasi istiqamətlərdə tamamlanması işinə start verildi. Bu həm ermənilərlə reinteqrasiya prosesinə aid hissədə danışıqların başlanması oldu, həm də Xəlfəli kəndi istiqamətində əməliyyatların həyata keçirilməsi və alternativ yollarında fəaliyyətin dayandırılması məsələsi oldu. Bunun ardınca biz şahidi olduq ki, Azərbaycan tərəfi ekoloqların başlatdığı aksiyanın məzmununda müəyyən dəyişikliklər edə bilər.

Reinteqrasiya prosesində ermənilərin Bakıya dəvət olunması və onların buna əməl etməməsi Azərbaycan üçün presedent yaratmış oldu ki, alternativ addımlar atsın və yumşaq gücdən istifadə etsin. Onların arxasında duran terrorçu şəbəkəyə, o cümlədən Rusiya sülhməramlılarına bir dərs versin. Bu mənada aksiya iştirakçılarının boynuna kifayət qədər böyük yük düşür. Hesab edirəm ki, Qurgen Nersisyanın iddiasının içərisində dayanan əsas məsələlərdən biri reallaşacaq. Uzun zaman davam edən aksiyanın əsas hədəfi azərbaycanlıların öz ərazilərinin, təbii sərvətlərinin yağmalanması prosesinin başa çatması ilə yekunlaşmayacaq. O sərvətlər vətəndaşlara aiddir. O vətəndaşlar öz ərazilərinə geri dönməlidir. Yumşaq gücün də istifadəsi onu göstərir ki, bir gün, bir səhər Azərbaycan mülki vətəndaşlarının kütləvi şəkildə Xankəndi istiqamətində, öz qanunlarının işlədiyi və öz torpağı olan, beynəlxalq hüquqla tanınmış ərazilərinə yürüşü baş verə bilər. Azərbaycan bunu planlayır və düşünürəm ki, bu, həm də terrorçuların təsiri və təzyiqi altında qərar verə bilməyən Qarabağdakı ermənilərin qərar verməsini asanlaşdıracaq, həlledici rol oynayacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR