İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan kiçik dövlətlərə dəstəkfondu yaradacaq - qlobal missiya

480 06.06.2024 10:53 İqtisadiyyat A A

Azər Badamov: “COP29-u keçirməklə ada dövlətlərin mühafizəsi ilə bağlı könüllü öhdəlik götürürük” 

İyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində “Xəzər neft və qaz” və “Energetika və yaşıl enerji” beynəlxalq sərgisinin açılışında çıxış edərkən payızda baş tutacaq COP29 konfransından bəhs edən Prezident Əliyev deyib ki, Azərbaycan iqlim dəyişikliyini, xüsusilə də hər il Xəzər dənizinin səviyyəsinin aşağı düşməsini hiss edir: “Biz buna çox ciddi yanaşmalıyıq və yeni bəndlər, kollektorlar tikmək üçün mümkün olan hər şeyi edəcəyik”. 

Prezident Azərbaycanın prioritetləri ilə bağlı danışarkən mühüm bir anons verib: “Biz kiçik ada, inkişaf etməkdə olan dövlətlərlə də fəal işləyirik və onların dəstəklənməsi üçün xüsusi fond yaratmağı planlaşdırırıq. Əgər iqlim dəyişikliyi Azərbaycanda problemdirsə, bu ada dövlətlərdə onların mövcudluğunu təhdid edir”.

Prezident iqlim dəyişikliyı ilə mübarizənin və bu məqsədlə yaşıl enerjiyə keçidin ölkəmizin əsas hədəflərindən və prioritet məqsədlərindən biri olduğunu qeyd edib və dünyaya çox vacib barış və anlaşma mesajı verib: “İqlim dəyişikliyi hər bir ölkə üçün çağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgə çalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya ilə birlikdə "Troyka" təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədri qismində biz 120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında körpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlətlə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Biz hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyirik. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasını planlaşdırırıq. Azərbaycan maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışır. COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik".

Azərbaycanın kiçik ada dövlətlərinə diqqəti artırması onun qlobal proseslərdə rolunun mühümlüyündən xəbər verir. Bu dövlətlərə dəstək məqsədilə fond yaradılması isə mötəbər bir addım olacaq. Bu fondun missiyası konkret nə olacaq? Donor ölkəyə çevrilmək nələr qazandıracaq? Buna reaksiyalar səmimi olacaqmı?

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

 Azər Badamov 

İqtisadçı millət vəkili Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qlobal iqlim dəyişiklikləri planetimizdə həyat üçün böyük təhlükələr yaradır: “O cümlədən Azərbaycan da Xəzər dənizinin quruması kimi böyük bir təbii fəlakətlə üz-üzədir. Əslində bu fəlakət təkcə Azərbaycana yox, həm də Xəzəryanı bütün ölkələrə təsir göstərir. Ona görə də Xəzərin qurumasının qarşısını almaq üçün kollektiv tədbirlər görülməlidir. Ölkə başçımız Enerji Həftəsinin açılış mərasimində bu məsələni xüsusilə qeyd edərək bildirdi ki,  Xəzər dənizinin azalması iqlimlə bağlı olduğu qədər insan fəaliyyətinin təsirləri nəticəsində də baş verir. Yəni bu məsələ əsasən Azərbaycandan asılı problem deyil. Çünki Xəzəri qidalandıran su mənbələr Azərbaycandan kənarda formalaşır. Xəzərin sürətlə azalmasının qarşısının alınması üçün yeni bəndlər, kollektorlar tikilməlidir. Bu gün Xəzərin əsas qidalandırıcı arteriyası olan Volqa çayının suyu kəskin azalıb. Digər çaylardan da düzgün istifadə olunmaması nəticəsində Xəzərə su axınlarını azaldıb. Bütün bunları nəzərə alaraq yeni kanallar çəkilməklə Xəzərə əlavə su axınları təşkil olunmalıdır. Bu təşəbbüslə ilk olaraq ölkə başçımız çıxış edir. Hesab edirəm ki, Xəzəryanı dövlətlər dövlət başçımızın çağırışına qoşulacaq və Xəzər dənizinin qurumasının qarşısını almaq üçün əlavə kanalların və kollektorların tikilməsində həmrəylik nümayiş etdirəcəkdir”. 

Deputat qeyd edib ki, iqlim dəyişikliklərindən ən çox əziyyət çəkən həm də ada dövlətləridir: “Buzlaqların sürətlə əriməsi okean sularının səviyyəsini sürətlə artırır. Əgər bu məsələyə həssas yanaşaraq qısa zaman kəsiyində ciddi tədbirlər görülməsə, yaxın dövrdə kiçik ada dövlətləri suyun altında qala bilər. Prezident  Enerji Həftəsinin açılışı mərasimindəki nitqində bu məsələyə xüsusi yer verərək ada dövlətlərini dəstəkləmək üçün xüsusi fondun yaradılmasını planlaşdırdığını qeyd etdi. Baxmayaraq ki, biz ada dövlətlərindən çox  uzaqdayıq və okean sularının artmasının ölkəmizə təsirləri o qədər də çox olmayacaq. Amma biz COP29 keçirməklə üzərimizə ada dövlətlərin mühafizəsi ilə bağlı könüllü öhdəlik  götürürük və fondun yaradılmasını təklif edirik. Bu gün dünyada həmrəylik yaratmadan qlobal iqlim dəyişikliklərinə qarşı ciddi nəticələrə nail olmaq çətindir. Hesab edirəm ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizə ilə bağlı dünya ictimaiyyətində yeni baxışlar formalaşdıracaq”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR