“Bu gün cənab Prezident bizi qəbul etdi. Ardınca burada görüşlərimiz keçirildi. Bizə göstərdiyiniz qonaqpərvərliyə görə sizə təşəkkür edirəm”.
Musavat.com xəbər verir ki, bu fikirləri İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi Bakıda keçirilən brifinqdə bildirib.
İordaniyalı diplomat deyib ki, iki ölkə arasında münasibətlər möhkəm fundament üzərində qurulub:
“Ölkələrin potensialı daha yaxşı realizə edilə bilər. Bu gün iki saziş imzalandı: enerji və viza barədə sazişlər. Bu sazişlər bizneslərin inkişafına təkan verəcək. Yeni istiqamətlərin axtarışı davam edir”.
Nigar Həsənli
Musavat.com






