İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan gələcəkdəki təxribat imkanlarını minimuma endirir” - ŞƏRH

403 05.10.2023 20:09 Siyasət A A

“Həbs olunanlar Azərbaycanın Qarabağla və regionla bağlı siyasətinin bir parçasıdır. Digər siyasət necə uğurla icra olunursa, bu da uğurla icra olunur. Burada Azərbaycanın məqsədi sırf hansısa şəxslə bağlı, yaxud şəxsi müstəvidə atılmış addım deyil. Əsas məqsəd Azərbaycanın əraziləri üzərində suverenliyini tam təmin etmək, regionda sülhün uzunmüddətli olmasına nail olmaq, təxribat ocaqlarını ortadan qaldırmaqdır”.

Bu fikirləri Musavat.com-a politoloq Araz Aslanlı bildirib.

O əlavə edib ki, müstəqilliyi dövründə Azərbaycanın siyasəti daim buna istiqamətlənib:

“Hazırda bu cinayətkar şəxslərin həbs olunması da bu kontekstdə dəyərləndirilməlidir. Həm onların indiyə qədər Azərbaycanın qanunvericiliyinə qarşı törətdiyi cinayətlər, həm də onların beynəlxalq hüquq çərçivəsində törətdikləri, insanlıq əleyhinə törətdikləri cinayətlərlə bağlı onların həbs olunub mühakimə olunması təbii ki, Azərbaycanın öhdəliyidir. Dövlət olaraq Azərbaycan bunu etməyə borcludur. Bu, ümumbəşəri bir yanaşmadır. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi odur ki, Azərbaycan regionda münaqişənin tam həllinə və sülhün mümkün qədər qalıcılığına çalışır”.

Ekspert xatırladıb ki, ermənilər Xocalı soyqırımını törədəndə böyük sevinc içində idilər:

“Çünki xəyal dünyaları onunla məhduddur. Öz aləmlərində intiqam almaqla fikirləşirdilər ki, nəyəsə nail oldular. Amma Azərbaycan ciddi bir dövlətdir, yanaşması da mütərəqqi yanaşmadır. Azərbaycan sadəcə cəzalandırmır, həm də gələcəkdəki təxribat imkanlarını minimuma endirir. Azərbaycanın siyasəti ona hesablanıb ki, gələcəkdə regionda sülh olsun. Sülh əməkdaşlıq mühitindən elə Ermənistan özü də faydalansın. Şimal-qərb dəhlizinin digər istiqamətlərindəki digər dövlətlər faydalansın. Bütün bunlar üçün Azərbaycan təbii ki, bu şəxsləri həbs etməlidir, cəzalandırmalıdır və regionda yeni təxribat imkanlarını ortadan qaldırmalıdır. Bu həm də nəyi xatırladır? Azərbaycan 1991-ci ildə müstəqilliyinə qovuşarkən müxtəlif güc mərkəzləri müəyyən qruplardan, yaxud Ermənistandan istifadə edərək Azərbaycana zərər vurmağa, təxribatlar törətməyə çalışırdılar. Əvvəllər buna nail olurdular. Arayik də, digərləri də alət funksiyası yerinə yetirərdilər. Azərbaycan bu dövlətə qarşı hədələr səsləndirən, mülki vətəndaşları hədələyən, mülki insanların yaşadıqları şəhərləri vurmağı cəsarətlə, qürurla elan edən insanları cəzalandırmalıdır ki, həm keçmişdəki əməlləri cəzasız qalmasın, həm də gələcəkdə hansısa dövlətlərə güvənərək Azərbaycana qarşı bu cür addım atmaq istəyənlərə görk olsun. Görsünlər ki, bunun sonu yoxdur, ən güvəndikləri dövlətlər, güclər də bu cür təxribatçı şəxsləri xilas edə bilmir”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR