İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan futboluna ağır itki üz verdi

1387 26.02.2023 19:07 İdman A A

Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən olan Qəhrəman Əliyev dünyasını dəyişib.

Fanat.Az xəbər verir ki, uzun müddətdir ağır xəstə olan veteran futbolçu 63 yaşlı mütəxəssis vəfat edib.

2020-ci ildə koronavirusa yoluxan Əliyev daha sonra komaya düşmüşdü.

Qeyd edək ki, Qəhrəman Əliyev "Viləş" (Masallı), "Şəmkir" komandalarında baş məşqçi, "Bakı" klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb. O, vaxtilə «Viləş»i iki dəfə UEFA İntertoto Kubokuna çıxarıb. Həmçinin «Şəmkir»i çempion edib.

Bundan başqa, "Masallı"nı Premyer Liqaya yüksəldib. "Bakı"nın əvəzedici heyətinə və U-19 komandasına Azərbaycan çempionatının qızıl medallarını qazandıırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR