İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Fransaya belə cavab verəcək - DETALLAR

3948 16.11.2022 14:45 Gündəm A A

"Fransanın Azərbaycana qarşı qərəzli qətnamə qəbul etməsi ilk hal deyil. Vətən müharibəsindən sonrakı dövrdə də Azərbaycan ərazisində olan separatçı qurumun tanınması istiqamətində Fransanın qanunverici orqanı qətnamə qəbul etmişdi. Həm o, həm də cari qətnamə Azərbaycana qarşı təhdidləri və şantajları özündə ehtiva edir".

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

ilyas-huseynov.jpg (145 KB)

Politoloq vurğulayıb ki, Fransada çox güclü erməni lobbisi uzun illərdir ki, fəaliyyətdədir:

"Erməni lobbisi həm Fransa prezidenti Emmanuel Makronu, həm də Fransa hakimiyyətində olan qüvvələri öz təsiri altına sala bilib. Məhz bu səbəbdəndir ki, Makronun Fransanın ikinci televiziyasına müsahibəsi zamanı da biz ermənipərəst mövqenin müdafiə olunduğunu gördük. Hazırkı qətnamə də çox sərt və radikal mövqedən qəbul olunub. Eyni zamanda müzakirələr zamanı bəzi senat üzvləri açıq şəkildə Azərbaycana nifrət dolu fikirlərini ifadə edirdilər. Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-da xoşməramlı səfir statusunun ləğv edilməsi ilə bağlı qurumun rəhbərinə məktub ünvanladı. Bu da çox doğru yanaşmadır, diplomatik dillə etiraz və təpkidir. Çünki UNESCO Azərbaycana qarşı çox qərəzli mövqedən çıxış edirdi. Vətən müharibəsindən sonra bu, aydın hiss olunurdu. UNESCO-nun rəhbəri Makronun təlimatı ilə təyin olunmuş bir şəxsdir. Eyni zamanda Prezident İlham Əliyevin Əlcəzairə səfəri zamanı Fransanın orada soyqırım həyata keçirməsi və bu istiqamətdə fikirləri həm də xatirə kitabında qeyd olundu. İstənilən halda bu qətnamə Fransanın regionda mövcudluğunun qorunub-saxlanması yönündədir. Həmçinin, Ermənistanla münasibətlərin möhkəmlənməsinə yönəlib. Amma Fransa Cənubi Qafqazda güclü geosiyasi aktor olan Azərbaycanı itirir, eynilə Azərbaycanla Fransa mövqelərinə çox böyük bir zərbə kimi dəyərləndirilir. Azərbaycanın bundan sonra da müvafiq addımlar atacağı gözlənilir. Təbii ki, bu qətnamə cavabsız qalmayacaq, Azərbaycanın demarşı davam edəcək. Azərbaycanın böyük dostu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu qətnaməni fəlakət və rəzalət adlandırıb. Azərbaycan bundan sonra da öz dostları ilə haqq və ədalət mübarizəsini davam etdirəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR