İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Dövlət Uşaq Filarmoniyası konsert proqramı ilə çıxış edib FOTO

372 01.06.2024 12:50 Mədəniyyət A A

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü”- nə həsr olunmuş konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, 31 may 2024-cü il tarixində Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Sülh göyərçinləri” adlı konsert proqramı ilə çıxış edib.

Proqramda Dövlət Uşaq Filarmoniyasının qız və oğlanlardan ibarət rəqs ansamblı, “Şəms” uşaq xoru, “Güləbətin” vokal ansamblı, “Musiqili uşaq teatrı” maraqlı nömrələri ilə balaca dostlarının bayramını təbrik edib. Rəngarəng səhnə geyimləri, maraqlı çıxışlar bir-biri ilə əsl harmoniya təşkil edib.

Konsertin sonunda “Qoruyaq uşaqları” mahnısı ilə bütün iştirakçılar səhnəyə çıxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR