İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan antiterror əməliyyatı keçirərsə...” - Çingiz Qənizadə

647 16.06.2023 16:32 Siyasət A A

“Laçında sərhəd-keçid məntəqəsinin qurulmasından sonra Qarabağda yaşayan ermənilər Ermənistana buradan gedib gəlirlər. Yeri gəlmişkən, bu, Azərbaycanın açıq olan yeganə quru sərhədidir”.

Bunu Musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Laçında baş verən təxribatı şərh edərkən bildirib.

Hüquq müdafiəçisi Azərbaycanın ermənilərin reinteqrasiyasında maraqlı olduğunu vurğulayıb: “Biz sərhəd-keçid məntəqəsini açmaqla Ermənistanın müəyyən siyasi dairələrinin, Ermənistanı dəstəkləyən digər xarici təşkilatların və dövlətlərin guya azərbaycanlı ekofəalların keçirdiyi aksiya humanitar böhran yaradıb kimi fikirlərinə son qoyduq. Təəssüf ki, Ermənistan ordusunda olan bəzi qüvvələr, radikal müxalifət, o cümlədən xarici dövlətlərə işləyən qruplar və təşkilatlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında, eyni zamanda Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasında maraqlı deyillər. Təxribatların törədilməsi müəyyən klanların, biznes və siyasi maraqların niyyətlərinə xidmət etmək məqsədi daşıyır. Rus sülhməramlılarının prosesə müdaxiləsi müəyyən qüvvələrin Ermənistan-Rusiya münasibətlərinin pisləşməsində maraqlı olduğunu göstərir”.

Çingiz Qənizadə hesab edir ki, Ermənistan təxribatın məsuliyyətini öz üzərinə götürənə qədər sərhəd-keçid məntəqəsi bağlı qalmalıdır: “Bu ərəfədə ABŞ-ın Ermənistandakı səfirinin sərhədə gəlməsi, xoşagəlməz fikirlər səsləndirməsi onu göstərir ki, bəzi dövlətlər sülh istəsələr də, bunun tam reallaşmasının tərəfdarı deyillər. Hesab edirəm ki, bu kimi təxribatlar Ermənistanın əleyhinədir. Azərbaycanın təmkinli davranması beynəlxalq ictimaiyyətə Ermənistanın əsl üzünü göstərməklə haqlı olduğumuzu bir daha sübut edir. Azərbaycan antiterror əməliyyatı keçirərsə, təxribatlara son qoymaq niyyətində olduğunu bəyan edər”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR