İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 3 il əvvəl HƏRƏKƏTƏ KEÇDİ, Rusiya-Ukrayna müharibəsindən sonra isə... – İLGİNC FAKTLAR

1146 15.10.2023 13:19 Siyasət A A

“Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq müxtəlif istiqamətlərdə həyata keçirilən dövlət proqramlarının icrasına şəxsən nəzarət həyata keçirirdi. Prezidentin 6 aydan bir keçirilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar konfranslarda iştirakı ölkə başçısının bu sahəyə göstərdiyi qayğının nəticəsi kimi dəyərləndirilə bilər”.

Bu fikirləri Musavat.com-a politoloq Samir Hümbətov deyib.

samir politoloq.jpeg (170 KB)

Politoloq xatırladıb ki, 2019-cu ilin sonu, 2020-ci ilin əvvəllərində dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçmədi:

“Lakin biz Azərbaycanın ordu quruculuğu ilə bərabər, təhsil, iqtisadiyyat sektorları ilə yanaşı, səhiyyə sahəsinə də əvvəldən hazırlıqlı olduğunun və planlı addımlar atıldığının şahidi olduq. Azərbaycan həm özünün, həm də digər ölkələrin pandemiyadan az zərərlə çıxması üçün əlində olan bütün imkanlardan istifadə etdi. Pandemiyanın tüğyan etdiyi bir dövrdə Azərbaycan dünyanın 80-dən çox ölkəsinə, eyni zamanda BMT-yə 5 milyon dollar yardım ayırdı. Eyni zamanda, Çindən, Kubadan, Türkiyədən və digər ölkələrdən gələn mütəxəssislərlə birgə koronavirus pandemiyasından necə az zərərlə çıxılması, insan ölümünün azalması, əhalinin normal yaşayışına şərait yaradılması, virusa yoluxmuş insanların həyatını itirməməsi üçün əlindən gələn bütün imkanların səfərbər edilməsi üçün cənab Prezidentin birbaşa tapşırığı oldu. Düşünürəm ki, bu sahədə görülən işlər göz qabağındadır.

Dünyanın inkişaf etmiş ölkələri, hətta vaksin istehsal edən dövlətlər pandemiyadan çox ciddi zərərlə çıxdığı halda Azərbaycan maksimum dərəcədə çalışdı ki, insan itkisi az olsun. Yeri gəlmişkən, pandemiya dövründə Prezident İlham Əliyevin vaksin millətçiliyinə qarşı BMT-nin növbədənkənar iclasını çağırması, eyni zamanda Qoşulmama Hərəkatında Prezidentin bu məsələ ilə bağlı diqqətəlayiq fikirlər söyləməsi bu gün Azərbaycanın beynəlxalq miqyasda nüfuzun artmasına səbəb olan hadisələrdir”.

VAKSİN SON.jpg (67 KB)

Politoloq bildirib ki, Azərbaycan sözün həqiqi mənasında regionun əsas oyunçularından birinə çevrilib:

“Bu gün Azərbaycan yalnız enerji ixracı ilə məşğul deyil, eyni zamanda regionda nəqliyyat kommunikasiyalarının özəyini təşkil edir. Rusiya-Ukrayna müharibəsindən sonra təbii qazın Avropaya ötürülməsinə xüsusi diqqət yetirilməsi Azərbaycan qazının TANAP, TAP layihəsi üzərindən şaxələndirilmiş formada Avropanın bir neçə ölkəsinə yayılmasına gətirib çıxardı. Azərbaycan Avropa İttifaqının 9 dövləti ilə strateji tərəfdaşlıqla bağlı müqavilə imzalayıb. Eyni zamanda, ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi artıb. Azərbaycanın valyuta ehtiyatları 65 milyard dollar üzərindədir. Bu, dövlətin təhlükəsizliyi baxımından çox önəmlidir. İqtisadi inkişafımız göz önündədir.

Azərbaycan həm regionda, həm də dünyada iqtisadi layihələrin icrasında axsamayan yeganə ölkələrdəndir. Bunların hər birində şəxsən Prezident İlham Əliyevin böyük xidmətləri var.

Ötən ilin dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya alternativ və bərpaolunan enerji sahəsində müqavilə imzalayıb.

URSULA.jpg (67 KB)

2022-ci ilin iyun ayında isə Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Azərbaycana səfəri oldu və ölkəmizlə enerji sahəsində əməkdaşlıqla bağlı müqavilə imzalandı. Bu, Azərbaycanın bölgədə əsas, etibarlı enerji tərəfdaşı olduğunu göstərir.

Azərbaycan həm də beynəlxalq tədbirlərin önəmli təşkilatçısıdır. Bütün bunlar dövlətimizin adına yazılan ən önəmli hadisə kimi dəyərləndirilə bilər”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR