İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan təmsilçiləri finala keçə bilmədilər - VİDEO

1838 07.05.2024 23:20 Mədəniyyət A A

İsveçin Malmö şəhərində 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

“Report” xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.

Azərbaycanı yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edir.

Onlar səhnəyə 12-ci çıxacaqlar. Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.

Səsvermə canlı konsert zamanı açıqdır.

Xatırladaq ki, “Avroviziya”nın 68-ci müsabiqəsi bu il mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR