İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyevdən bu qurumlara ünvanlı tənqid

772 07.06.2024 16:23 Siyasət A A

Deputat Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında vakansiya ilə bağlı yanlış məlumat verən qurumları tənqid edib.

Musavat.com bildirir ki, millət vəkili Milli Məclisdə “Məşğulluq haqında” qanun layihəsinin müzakirəsi zamanı bu barədə fikirlərini səsləndirib.

Deputat çıxışında bildirib ki, idarə, müəssisə və təşkilatlar boş vakant iş yerləri barəsində Məşğulluq Agentliyinin vakansiya bankına yanlış məlumat yerləşdirirlər, bundan başqa bəzi işəgötürən qurumlar tərəfindən iş axtaranlara süni maneələr yaradılır və onlar süründürməçiliyə məruz qalırlar:

“Beləliklə, vətəndaşların işlə təmin olunması istiqamətində dövlətin yaratdığı mexanizm və alətlərin tam gücü ilə işləməsinə problem yaradılır”.

Azay Quliyev aidiyyati qurumun rəhbərliyinə xitabən təklif edib ki, bu məsələ ciddi araşdırmalı, vakansiya ilə bağlı yanlış məlumat verən və ya iş axtaranları incidən müəssisə, təşkilat və idarələrə qarşı cərimə sanksiyası tətbiq edilməlidir.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR