İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev Şimali Makedoniyanın Prezidenti ilə görüşdü - mühüm müzakirələr

352 10.05.2022 12:28 Gündəm A A

Milli Məclisin deputatı, ATƏT PA-da parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev qurumun bir sıra üzv ölkələrinə səfər edib. 

Deputatımız ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi qismində mayın 8-dən 10-dək Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində olub. O, 10-11 may tarixlərində Albaniyanın paytaxtı Tiranada, mayın 11-dən 13-nə kimi Monteneqronun paytaxtı Podqoritsada olacaq.

Azay Quliyev 9 mayda Şimali Makedoniyanın Prezidenti cənab Stevo Pendarovski ilə görüşüb. Deputat görüşlə bağlı "Skopyada keçirilən görüşdə ölkədə aparılan islahatları, siyasi partiyalar arasında mövcud dialoq mühütünü, Cənubi Şərqi Avropa regionunda dövlətlərarası əməkdaşlığın hazırkı vəziyyətini, bu ölkənin Avropa İttifaqına üzvlüyünü və 2023-cü ildə ATƏT-in sədri kimi müəyyən etdiyi prioritet istiqamətləri müzakirə etdik" - deyə qeyd edib.

Görüşlə bağlı videonun orijinal linki: https://www.youtube.com/watch?v=x8LbFfvRhOY

 Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR