İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev seçicilərilə görüşüb FOTO

483 04.11.2022 20:37 Ölkə A A

Bu gün deputat Azay Quliyev Binəqədi rayonu, Naxçıvani küçəsi 33a, 33b, 34a, 34b saylı, Ağasadıq Gəraybəyli küçəsi, 41 və Koroğlu Rəhimov küçəsi, 53a saylı binaların həyətində seçiciləri ilə növbəti görüşünü keçirib.

Görüşdə seçicilər məşğulluq, məhkəmə qərarlarının icrası, abadlaşdırma ilə bağlı məsələləri deputatın diqqətinə çatdırdılar.

Koroğlu Rəhimov 53 və Ağasadıq Gəraybəyli 41 ünvanda yaşayan seçicilər yaşadıqları qəzalı vəziyyətdə olan binadakı mənzillərə görə verilən kompensasyanın məbləğinin aşağı oımasını, köçürülmə ilə bağlı onları narahat edən digər problemlərin həlli üçün deputatdan kömək istədilər.

Seçicilərin qaldırdığı problemlərin həlli məqsədilə aidiyəti qurumlara rəsmi qaydada müraciət olunacağı bildirilib.

Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov və Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov iştirak edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR