İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev Fransa və Ermənistanın ittihamlarına cavab verdi

623 24.02.2023 12:21 Siyasət A A

ATƏT PA-nın Vyana şəhərində keçirilən qış sessiyası çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik baş komitəsinin iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Fransa və Ermənistan deputatları tərəfindən səsləndirilən əsassız ittihamlara cavab verib.

Musavat.com-un məlumatına görə, Azay Quliyev çıxışının əvvəlində Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib və yaralananlara şəfa diləyib. Çıxışının davamında o, Fransa və Ermənistan nümayəndə heyətinin üzvlərini Assambleyanı propaqanda məqsədi ilə sui-istifadə etməməyə və təhrikedici ritorikadan çəkinməyə çağırıb.

Deputat Quliyev Laçın yolu ilə bağlı dilə gətirilən bütün ittihamları qətiyyətlə rədd etdiyini bildirib və Laçın yolundakı dinc nümayişin başlandığı gündən Azərbaycanın Qarabag bölgəsinə, hər iki istiqamətdə 3000-ə yaxın nəqliyyat vasitəsinin maneəsiz hərəkət etdiyini diqqətə çatdırıb.

Azay Quliyev çıxışında bildirib: “Siz rahatlıqla sosial mediada yayılmış videolardan gün ərzində 60-a yaxın nəqliyyat vasitəsinin maneəsiz Laçın yolu üzərində hərəkət etdiyini görə bilərsiniz. Əmin olun ki, heç bir yerli sakin, heç bir humanitar və mülki nəqliyyatın sərbəst hərəkətinə problem yaradılmır. Məhz buna görədir ki, Ermənistan rəsmilərinin vəziyyəti manipulyasiya  etməsinə və dezinformasiya yaymasına baxmayaraq, son 75 gündə heç bir “humanitar fəlakət” və ya “etnik təmizləmə” baş verməyib. Hər hansı “blokada” və ardınca humanitar fəlakət iddiası sadəcə olaraq yalan və böhtandır.”

Deputat Azay Quliyev çıxışının sonunda Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Laçın yolunda dinc aksiyaya hökumət tərəfindən dəstək göstərilməsi və Qarabağa qaz təchizatının dayandırılması ilə bağlı Azərbaycana qarşı qaldırdığı iddiaların rədd edilməsinin daha öncə dediyi fikirlərin bir daha təsdiqi kimi toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR