İnsanlara hürriyət, millətlərə istiqlal!

Azarkeşlər PSJ-nin futbolçusunu döydülər - VİDEO

808 17.03.2022 22:57 İdman A A

Fransanın PSJ klubunun futbolçusu Leven Kürzava yerli azarkeşlərin hücumuna məruz qalıb.

"Report"un məlumatına görə, hadisə 30 yaşlı müdafiəçi məşqdən çıxıb evinə gedərkən baş verib.

İşıqforun qırmızı işığında avtomobilin dayanmasından istifadə edən fanatlar qapını açaraq, fransalı oyunçunu vurmağa başlayıblar.

İnsidentin videosunu sosial şəbəkələrdə paylaşan tərəfdarlar bunları yazıblar: "Kürzava ilə məşqdən sonra görüşdük. Hamınızı ovlayacağıq".

Qeyd edək ki, PSJ-nin Çempionlar Liqası ilə erkən vidalaşmasını qəbul edə bilməyən azarkeşlər futbolçulara etirazlarını müxtəlif formada bildirirlər. Daha əvvəl Lionel Messi çempionat oyunu vaxtı fitə basılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR