İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın xaricdə olan əməkdaşları seçkilərdə iştirak edirlər (FOTO)

375 07.02.2024 18:05 Son xəbər A A

7 fevral 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısının xaricdə işləyən və ya müvəqqəti yerləşən əməkdaşları da növbədənkənar prezident seçkilərində iştirak edirlər.

Bu barədə Musavat.com-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda növbədənkənar prezident seçkiləri bu gün, fevralın 7-də keçirilir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin ölkə xaricində olan əməkdaşları fəal vətəndaş mövqeyi nümayiş etdirirlər. Uzun uçuşdan sonra Pekin, London, Paris və dünyanın digər şəhərlərində istirahət edən uçuş heyəti də seçki prosesində iştirak edir.

Harada olmasından asılı olmayaraq seçkilərdə iştirak AZAL əməkdaşlarının vətəndaşlıq borcunun ifadəsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR