İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL Bakıdan Düşənbə şəhərinə reys açır

454 05.04.2023 19:49 Son xəbər A A

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti may ayında Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə reys açır.

Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Musavat.com-a məlumat verilib.

Bildirilib ki, mayın 30-dan etibarən Bakıdan Düşənbəyə və əks istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Düşənbə paytaxt olmaqla yanaşı, şərq ekzotikası və Mərkəzi Asiya xarizmasını özündə birləşdirən Tacikistanın həm də ən böyük şəhəridir.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR