İnsanlara hürriyət, millətlərə istiqlal!

Aydın Hüseynov: “İlqar Məmmədovun cəfəng fikirləri Azərbaycan-Türkiyə qardaşlığına qarşı yönəlib”

1297 25.01.2024 16:46 Dünya A A



"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan dövlətinə qarşı qərəzli və riyakar, ermənipərəst, islamofob və anti-türk mövqeyi və qərarları çox təəssüf ki, Azərbaycandakı bəzi xain qüvvələri də sevindirir. Avropanın Azərbaycana qarşı əlində alət kimi istifadə etdiyi anti-milli qüvvələr, ermənilərin dəyirmanına su tökən xainlər AŞPA-nın çirkin oyunlarını sanki toy-bayram kimi qarşılayırlar. Azərbaycan və Türkiyənin düşməninə çevrilmiş Avropa Parlamentinin iki qardaş ölkənin əleyhinə siyasi riyakarlıqla məşğul olduğu heç kimə sirr deyil. Anti-türk qüvvələr isə məqsədli şəkilə Türkiyəni AŞPA-da Azərbaycanı müdafiə etməməkdə ittiham edir".

Musavat.com xəbər verir ki, bu barədə Milli Məclisin depuatı Aydın Hüseynov bildirib.

Millət vəkilinin sözlərinə görə, həmin qüvvələrə xidmət edən REAL Partiyasının rəhbəri İlqar Məmmədovun mövqeyi də təəccüb doğurmaya bilməz. İ.Məmmədov iddia edir ki, Strasburqda baş verənlərdə Türkiyə nümayəndə heyətinin davranışı diqqəti cəlb edir. Türklər Azərbaycan nümayəndə heyətini dəstəkləmək üçün ciddi fəallıq göstərmədi, heyətin yarısı iclasa heç gəlmədi və gələnlər isə guya yalandan Azərbaycanın tərəfini tutdu. Türklər bu dəfə öz mövqeyi ilə tək millət olduğumuzu yox, iki ayrı dövlət olduğumuzu önə çəkdilər. Sözsüz ki, onun dedikləri başdan-ayağa yalandır, Azərbaycan və Türkiyənin mənafeyinə yönəlmiş təşviqata xidmət edir, qardaş ölkəyə qarşı sabotajdır. İlqar Məmmədov unudur ki, AŞPA-nın siyasi şouya çevirdiyi dinləmələrində Azərbaycanı ən çox müdafiə edən elə qardaş Türkiyənin, eləcə də Ukraynanın nümayəndə heyəti oldu. Türkiyəli deputatların 9 nəfəri qətnamənin əleyhinə səs verməklə Azərbaycana qarşı qərəzli münasibəti qınaqdı, AŞPA-nın saxtakarlığını ifşa etdi.

A.Hüseynov bildirib ki, Türkiyə və Azərbaycan qardaş ölkələr kimi hər zaman ümummilli məsələrdə bir yerdədir, eləcə də hər ikisi zaman-zaman AŞPA-nın qərəzi ilə üzləşirlər, Avropa Parlamentindəki bütün siyasi çirkinlikləri idarə edən Fransa illərdir ki, Ankaranın əleyhinə çıxış edir, öz əlaltılarını da Türkiyəyə qarşı yönəldir. Ona görə də Türkiyəli depuatatlar da yaxşı bilir ki, bu qərar təkcə, Azərbaycana yox, türk dünyasına yönəlib. Bu baxımdan Türkiyə Avropada və digər tribunalarda Azərbaycanın mənafeyini qoruyur, dəstəkləyir. Ona görə də İlqar Məmmədov kimilərinin Türkiyə-Azərbaycan qardaşlığına qarşı yönəlmiş fikirləri milli maraqlara zidd, düşmən dəyirmanına su tökməkdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR