İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus sürücüləri naziri daş-qalaq etdilər FOTO

1045 04.04.2023 14:23 Hadisə A A

Argentinada həmkarlarının öldürülməsinə etiraz edən avtobus sürücüləri Buenos-Ayresin təhlükəsizlik naziri Sergio Berniyə yumruq və daşla hücum ediblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, nümayişçilərlə söhbət etmək üçün gələn Buenos-Ayresin təhlükəsizlik naziri qəzəbli sürücülərin hücumuna məruz qalıb. Zərbələr nəticəsində burnu qanayan naziri polislər çətinliklə xilas edə biliblər.

Sergio Berni hücumla bağlı açıqlamasında sürücülərin qəzəbini anladığını və onlarla qarşılaşmaq üçün məkana gəldiyini deyib. Hadisə ilə bağlı araşdırmaya başlayan prokurorluq qətllə əlaqəsi olduğu ehtimal edilən şəxsin nəzarətə alındığını bildirib.

Qeyd edək ki, Buenos-Ayresin şəhər mərkəzi ilə qəsəbələri arasında işləyən avtobus sürücüləri tez-tez cinayətkar dəstələr tərəfindən hücuma məruz qalırlar. Bu baxımdan onlar nazirdən təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR