İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanın ən böyük iqtisadiyyatında inflyasiya sürətlənib

372 29.05.2024 19:48 Dünya A A

May ayında Almaniyada istehlak qiymətləri illik ifadədə 2,8 faiz artıb.

Musavat.com xəbər verir ki, bu məlumat ölkənin Federal Statistika İdarəsinin (Destatis) ilkin hesabatında açıqlanıb.

Avropa İttifaqı standartları ilə hazırlanan hesabatdan aydın olur ki, apreldəki 2,4 faizlik inflyasiya ilə müqayisədə may ayında illik qiymət artımı sürətələnib. Əvvəlki ayla müqayisədə istehlak qiymətləri 0,2 faiz artıb. Aprel ayında aylıq ifadədə 0,6 faiz artım olmuşdu.

Analitiklər orta hesabla illik hesablamada 2,7 faiz, aylıq isə 0,2 faiz artım proqnozlaşdırırdılar.

Alman standartlarına görə hesablanan istehlak qiymətləri isə may ayında illik ifadədə 2,4 faiz artıb. Aprel ayı ilə müqayisədə 0,1faiz bahalaşma olub. Mütəxəssislər illik hesablamada 2,4 faiz, aylıq isə 0,2 faiz artım gözləyirdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR