İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropanı gözləyən ŞOK TƏHLÜKƏ: 5 aydan sonra...

1961 14.09.2022 16:27 İqtisadiyyat A A

Avropada qaz anbarları gələn ilin fevral ayının əvvəlindən boş qala bilər.

Musavat.com xəbər verir ki, bu barədə İspaniyanın “La Vanguardia” qəzeti məlumat yayıb.

“AB-yə üzv 18 ölkəyə yayılmış və hazırda təxminən 83% dolu olan 160 qaz anbarı illik istehlakın yalnız 21%-ni ödəməyə kifayət edir”, - deyə məqalədə yazılıb.

Yazıda avropalı siyasətçilərin qışdan hazırkı qaz ehtiyatları ilə birtəhər çıxmaq üzərində çalışdıqları qeyd olunub.

“Həm Birlik üzvləri, həm də onunla ümumi təchizat zəncirinə malik qonşu ölkələr, məsələn, Böyük Britaniya, İsveçrə və Balkanlar qaza tələbatı ən azı 10% azalda bilməsə, Avropadakı anbarlar 2023-cü ilin fevral ayının əvvəlində boş qala bilər”, - deyə material müəllifləri analitik məlumatlara istinadən qeyd ediblər.

Ekspertlərin proqnozlarına görə, qaz istehlakının 15% azalması halında ən optimist ssenarinin işləməsi mümkündür. Buna rəğmən, mütəxəssislər bu hədəfə nail olunacağına əmin deyillər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR