İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropalı monitorinqçilər qovulmaq ərəfəsində - ruslar dərhal “biz gələk!” dedi...

1926 19.05.2023 11:26 Siyasət A A

Erməni ekspertlər Aİ-nin yarımhərbi missiyasını Azərbaycana casusluqda ittiham edir; İrəvan Bakını Qərb platformalarında pis vəziyyətdə qoyacağına ümid edirdi, təşkilatdan isə sərt reaksiya var

Avropa İttifaqının müşahidə missiyasının Ermənistanın Azərbaycanla şərti sərhəd zonasına gəlişini sevinclə qarşılayan ermənilərin son günlər bu missiyadan narazılığı başlayıb.

“Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, xüsusən də sərhəddəki son gərginlikdən sonra Ermənistanda avropalı “revizor”ları açıq hədəf alırlar. Bu mövzuda ABŞ-ın “Politico” qəzetinin məlumatları Ermənistanda geniş ajiotaj yaradıb. Nəşr yazıb ki,  Brüssel Ermənistanla Azərbaycan sərhədində patrul xidməti ilə bağlı məlumatı Bakıya da ötürür. Bu isə erməniləri ciddi məyus edib. İndi erməni ekspertləri Aİ-nin Ermənistanda yerləşdirilmiş missiyasını Azərbaycana casusluqda ittiham edirlər. Ekspertlər bildirirlər ki, əslində missiyanın əsl məqsədi Rusiyanı qızışdırmaqdır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin monitorinq missiyası ilə bağlı sualı cavablandırarkən deyib ki, hazırlanan hesabatlar Brüssel tərəfindən rəsmi istifadə üçün nəzərdə tutulub. Bu isə narazılıqları daha da artırıb, hökumətə sərt tənqidlər artıb. Ermənistan rəhbərliyi Avropa İttifaqının mülki missiyasını öz ərazisində yerləşdikdən sonra reallıqları təhrif edərək, Avropa platformalarında Azərbaycana qarşı mənfi mövqe formalaşdırmağa nail olacağını gözləyirdi. Amma onların bu gözləntisi baş tutmadı. Paşinyan hökumətinin tənqidçiləri hesab edir ki, Ermənistanın hazırkı siyasəti də belədir. Nə ölkənin ABŞ-ın hərbi təlimlərində iştirak edib-etməyəcəyi bəllidir, nə də İrəvanın KTMT-nin sərhədlərə yaxın missiya yerləşdirmək təklifinə cavabı. Hakimiyyətin yürütdüyü siyasi xətt təkcə ölkə daxilində deyil, beynəlxalq tərəfdaşlar üçün də anlaşılmazdır. Bütün bu qeyri-müəyyənliklər və ziddiyyətli hərəkətlər və bəyanatlar nəticəsində Ermənistan region üçün ən taleyüklü dövrdə müttəfiqlərini itirir.

Avropa İttifaqı isə müşahidəçilərə yönəlik tənqidlərə sərt reaksiya verib. “Avropa İttifaqı müşahidəçiləri hesabatları nə Ermənistana, nə də Azərbaycana təqdim edirlər. Onlar hesabatlarını Brüsselə göndərirlər”. Bunu Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin son mətbuat konfransında bildirib. “Son qanlı hadisələrə gəlincə, əgər Sotkdan (Zod  - E.S.) danışırıqsa, müşahidəçilər orada olmayıblar, lakin sərhədin əhəmiyyətli hissəsində mövcuddurlar. Onların hansısa hadisə baş verən yerdə görünmək arzusu yoxdur. Müşahidəçilər sərhədi izləyir və gördüklərini qeyd edirlər. Amma bu, o demək deyil ki, onlar avtomatik olaraq hansısa hadisənin baş verdiyi bir ərazidə olmalıdırlar”, - Viktorin bildirib. Səfir onu da qeyd edib ki, Ermənistan tərəfi müşahidəçilərin təhlükəsizliyinə cavabdehdir. “Müşahidəçilərin müəyyən bir nöqtəyə getməkdən imtina etdiyi bir vəziyyət də ola bilər”, - səfir vurğulayıb.

Rusiya isə vəziyyəti anında dəyərləndirərək, “Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirsəydi, bundan udardı” deyə, Rusiya xarici işlər naziri Sergey Lavrovun dilindən eşitdirib. Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi. Baş diplomat ABŞ-ı ittiham edib. Onun sözlərinə görə, ermənilərə deyirlər ki, rus hərçbilərini və 102-ci bazanı çıxarın, təhlükəsizliyə biz qarant dayanaq. Göründüyü kimi, rəsmi İrəvan strateji qarşıdurmada nə mövqeyini müəyyən edə bilir, nə hiylələri baş tutur. İndi isə avropalı müşahidəçilərdən narazılıq fonunda, KTMT missiyasının göndərilməsi dərhal təklif olunur. Bu, reallaşa bilərmi?

DataLife Engine > Yazdırılabilir versiyon > Qarabağda nə baş verir -  politoloqdan mühüm açıqlama

Murad Sadəddinov

Bu suala şərh verən politoloq Murad Sadəddinovun “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanın avropalı müşahidəçilərdən giley-güzar etməsi bir neçə səbəblə bağlıdır: “Əvvəla, İrəvan avropalı müşahidəçilərdən gözləntilərini əldə edə bilmədi. Onlar inanırdı ki, avropalılar ermənilərin ürəyindən keçəni edəcəklər və bundan bizə qarşı təzyiq kimi istifadə olunacaq. Amma Brüssel danışıqları da göstərdi ki, Qərb məcburiyyət qarşısında bizim ədalətli mövqeyi dəstəkləyir. Ermənistan indi buna görə Rusiyaya tərəf manevr etmək fikrinə düşüb. Hesab etmirəm ki, avropalı, yaxud KTMT müşahidəçilərinin sərhəddə olması vəziyyəti dəyişə bilər”. Siyasi ekspertin fikrincə, Azərbaycanla Ermənistanın potensialı müqayisə oluna bilməz: “Ermənilərin manipulyasiyası bizə təsir etməyəcək. Sadəcə, istər KTMT, istərsə Avropa İttifaqı olsun, hər kəs regionda təsir dairəsini gücləndirməyə can atır”.

Analitik Elxan Şahinoğlunun fikrincə, KTMT missiyası Ermənistanda yerləşsəydi belə, təşkilatın hərbi müşahidəçiləri Avropa İttifaqının müşahidə missiyası kimi təmas xəttindəki toqquşmaların qarşısını ala bilməyəcəkdilər. Onun sözlərinə görə, birincisi, missiyanın tərkibi kiçik olacağından hərbi müşahidəçilər bütün sərhədboyu yerləşə bilməyəcəkdilər. “İkincisi, erməni hərbçiləri missiyanın arxasından mövqelərimizi atəşə tutsaydılar, yenə cavabını alacaqdılar və bu halda Avropa missiyası kimi KTMT missiyasının da faydasız olacağı anlaşılacaqdı. Üçüncüsü, KTMT missiyasının əsasını rusiyalı hərbçilər təşkil edəcəkdilər ki, onlar onsuz da Ermənistandakı hərbi bazada xidmət edirlər, təşkilatda Azərbaycana dost dövlətlərin İrəvanın xeyrinə qərar verəcəkləri şübhə altındadır”. E.Şahinoğlunun zənnincə, Lavrovun KTMT missiyası ilə bağlı sözləri, sadəcə, Paşinyana müxalif olan qüvvələrə ünvanlanıb ki, baş nazirin qətiyyətsizliyindən ona qarşı istifadə etsinlər: “Nikol KTMT missiyası bir yana qalsın, təşkilatı tərk etmək barədə düşünür. Çünki Paşinyana da aydındır ki, KTMT Ermənistanı qoruya bilməyəcək”.

Ramiyə Məmmədova: “Hələ ki heç bir qırıcı və Türkiyəyə ekstradisiya edilən  terrorçu görünmür” – MÜSAHİBƏ – XəbərAl.Az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova Ermənistanın KTMT-nin missiyasının sərhəddə yerləşməsinə razı olacağını gözləmir. Onun bildirdiyinə görə, bu zaman Qərbdəki tərəfdaşları ondan üz döndərə bilər. Ekspert Rusiyanın tələsik təklif göndərməsini bölgə uğrunda rəqabətin elementi sayır: “Heç də nə sərhəddə gərginliyi azaltmaq niyyəti güdülür, nə Ermənistanı müdafiə etmək. Sadəcə, bölgədə təsir gücünü artırmaq məqsədi var. Faktiki olaraq, sərhəddə döyüşlər olur, amma KTMT üzv ölkəyə dəstək vermir. Əvvəl müharibə Qarabağda idi, indi sərhəddədir, KTMT müdaxilə etmirsə, missiyası yerləşdikdən sonra da etməyəcək. Mənə belə gəlir ki, İrəvanın avropalı müşahidəçilərin sayını artırmaq istəkləri var. Onların şikayətlənməsi hiylədir, daha böyük kontingentin sərhəddə yerləşməsi plandadır. Bu işin başında Fransadır. Paşinyan sərhədləri Qərbə təslim etdirir. Lavrov ona görə dedi ki, amerikalılar ermənilərə pıçıldayır - rusları qovun! Ermənistan bilir ki, sərhəd münaqişəsini Aİ missiyası dayandıra bilməz. Sadəcə, bölgədə Qərbin nüfuz dairəsini genişləndirmək hədəfləri mövcuddur”. Təhlilçi avropalı missiya qrupunun Azərbaycana məlumat verdiyini yeni xəbər hesab etmir: “Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da təsdiqləmişdi ki, Bakıya bu haqda məlumat verilir. Hətta Azərbaycanın işğal altında olan kəndlərinə də onların baş çəkməsi istənilmişdi. Avropalılar bölgədə tərəf saxlaya bilməzlər, o zaman Brüssel danışıqları öz işinə gedəcək. Bundan isə Rusiya yararlanacaq. Mişel bilir ki, Qərb masası dağılsa, Moskvanın əlinə növbəti fürsət düşəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR