İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada Rusiyanın dondurulmuş aktivlərindən 3 milyard avro gəlir əldə edilib

358 26.10.2023 16:03 Region A A

 

 

Beynəlxalq depozitari “Euroclear” 2023-cü ilin doqquz ayı ərzində Rusiyanın dondurulmuş aktivlərinin investisiyasından faiz gəliri şəklində təxminən 3 milyard avro gəlir əldə edib.

Musavat.com xəbər verir ki, şirkətin yaydığı hesabata əsasən belə yüksək gəlir iki amillə şərtlənir: yüksək faiz dərəcələri və “Euroclear” tərəfindən yatırılan nağd pulun məbləği.

“Euroclear”ın standart proseduruna uyğun olaraq, nağd pul qalıqları kredit riskini minimuma endirmək üçün investisiya edilir. Nağd pul qalıqlarının yenidən investisiya edilməsinə görə ödənilən faiz “Euroclear” tərəfindən alınan xalis faiz gəliridir.

Daha əvvəl bildirilmişdi ki, depozitarın bloklanmış Rusiya aktivlərinə investisiya qoymaqdan əldə etdiyi faiz gəliri 2023-cü ilin birinci yarısında 1,743 milyard avro, 2023-cü ilin birinci rübündə 734 milyon avro, bütün 2022-ci il üçün 821 milyon avro təşkil edib.

Sanksiyaların nəticələrindən biri də odur ki, bloklanmış kupon ödənişləri və sanksiyaya məruz qalan qurumların borcları qrupa daxil olan “Euroclear Bank”ın balansında vəsaitlərin toplanmasına gətirib çıxarır. “Euroclear Bank”ın 2023-cü ilin sentyabr ayının sonunda balansı keçən ilin eyni dövrü ilə müqayisədə 45 milyard avro artaraq 164 milyard avroya çatıb.

“Euroclear” antiRusiya sanksiyalarına məruz qalan nağd pul qalıqlarının valyuta strukturunu təqdim edib: 63 faiz avro, 16 faiz funt sterlinq, 8 faiz ABŞ dolları, 9 faiz Kanada dolları, 3 faiz Avstraliya dolları, 1 faiz digər valyutalar. Müqayisə üçün qeyd edək ki, “Euroclear” hesablarındakı “adi” nağd pul qalıqlarının strukturu belədir: 50 faiz ABŞ dolları, 27 faiz Avro, 2 faiz Avstraliya dolları, 1 faiz Kanada dolları və 12 faiz digər valyutalarda.

“Euroclear” həmçinin qeyd edir ki, Avropa Komissiyası maliyyə institutları tərəfindən saxlanılan bloklanmış Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün istifadəsinin müxtəlif variantlarını nəzərdən keçirir. Depozitar əlavə edir ki, o, Avropa Komissiyasının hər hansı təkliflərinin həyata keçirilməsi nəticəsində özü və müştəriləri üçün yarana biləcək potensial hüquqi, texniki və əməliyyat risklərini minimuma endirməyi qarşısına məqsəd qoyub, bütün maraqlı orqanlarla şəffaf fəaliyyət göstərməyə davam edir və vəziyyət aydınlaşana qədər Rusiya sanksiyalarına görə əldə olunan mənfəəti özündə saxlayacaq.

“Euroclear”ın 2023-cü ilin üç rübü üçün Rusiyanın dondurulmuş aktivlərinin idarə edilməsi ilə bağlı əlavə birbaşa xərcləri 34 milyon avro olaraq qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR