İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada qazın qiyməti 475 dollardan yuxarı səviyyədə qərarlaşıb

288 18.03.2023 12:19 Son xəbər A A

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 475 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

“APA-Economics” xəbər verir ki, 17 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 475,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (486 dollar) ilə müqayisədə 2,1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR