İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada dondurulmuş Rusiya aktivlərindən Ukrayna üçün 3 milyard avro gəlir əldə ediləcək

428 06.09.2023 20:15 İqtisadiyyat A A

Avropa Komissiyasının rəsmiləri bu həftə Avropa İttifaqı ölkələri ilə Rusiyanın dondurulmuş aktivlərinin investisiya olunaraq əldə ediləcək gəlirlərdən nəzərdə tutulmayan vergilərin tutulması və əldə edilən vəsaitin Ukraynanın bərpasına sərf edilməsi imkanları ilə bağlı müzakirələrə başlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına əsasən sabah Avropa Komissiyası Belçika, Almaniya, İspaniya, İtaliya və Fransanın rəsmi nümayəndələri ilə, gələn həftə isə digər Aİ ölkələrinin nümayəndələri ilə görüşlər keçirəcək. Komissiyanın işçi qrupu layihənin üç əsas müddəasının mərhələli şəkildə həyata keçirilməsinin tərəfdarıdır: müvafiq maliyyə öhdəlikləri üzrə borcların məbləğinin aydınlaşdırılması, mərkəzi depozitarlara Rusiya aktivlərinin nağd pul qalıqlarının bölüşdürülməsi üçün tələblərin qoyulması və gəlirlərin xarici məqsədli gəlirlər kimi AB büdcəsinə köçürülməsi.

Bloomberg-in əldə etdiyi vergi layihəsinə əsasən təklif qəbul olunarsa, Rusiya banklarının aktivləri Aİ büdcəsinə təxminən 3 milyard avro əlavə mənfəət gətirəcək.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iyunun 30-da bildirib ki, AK Ukraynaya dəstək üçün dondurulmuş Rusiya aktivlərinin yenidən investisiyasından əldə edilən planlaşdırılmamış mənfəətdən vergi tutulmasını nəzərdə tutan layihə hazırlayacaq.

İyulun 14-də Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard Avropa Komissiyasının bu təklifini dəstəkləməyib. O, bunun avro zonasında sabitliyin pozulmasına və avronun likvidliyinin azalmasına gətirib çıxara biləcəyinə, investorların Avropa valyutasına inamını sarsıda biləcəyinə diqqət çəkib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR