İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada anbarlardan 1 gündə 1 milyard kubmetrə yaxın qaz götürülür

475 10.01.2024 12:03 İqtisadiyyat A A

Avropada kəskin soyuq hava şəraitində yeraltı anbarlardakı qazdan istifadə maksimum həddə çatıb.

Musavat.com xəbər verir ki, Gas Infrastructure Europe-nin (GIE) məlumatına görə, yanvarın 8-də Avropa İttifaqı ölkələrindəki anbarlardan 853 milyon kubmetr qaz götürülüb, cəmi 7 milyon kubmetr vurulub.

Avropada istilik mövsümü 2023-cü il noyabrın 7-də başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan təxminən 20,6 milyard kubmetr qaz götürüblər. Anbarlardan istifadəyə başlandığı 63-cü gündə ümumi qaz götürülməsi əvvəlki beş il ərzində bu gün üçün orta göstəriciyə bərabərdir.

Hazırda Avropanın anbarları 83,48 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 12,73 faiz bəndi yüksək), onlarda 92 milyard kubmetr qaz var.

Mərkəzi və Qərbi Avropada bu həftə hava əvvəlki yeddi günlük dövrlə müqayisədə xeyli soyuq olacaq. Həftənin birinci yarısında temperatur mənfi zonada sabit olacaq. Yanvarda Aİ elektrik enerjisi istehsalında külək istehsalının payı dekabr səviyyəsindədir – 22 faiz.

Avropanın qaz ötürmə sisteminə maye qaz terminallarından daxilolmalar dekabr ayı ilə müqayisədə azalıb. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə sonrakı vurulması gücü maksimumun 57 faizi ilə yüklənib. Avropada dekabrda qazın orta alış qiyməti 1 min kubmetr üçün 408 dollar təşkil edib, yanvarda isə 365 dollara yaxındır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR