İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada 3 yeni qaz kəməri işə salınıb

1163 14.10.2022 16:02 İqtisadiyyat A A

Rusiya qazının ən böyük alıcılarından olmuş Almaniyanın qaz anbarları 95 faiz doldurulub. "Gas Infrastructure Europe"in (GIE) məlumatına əsasən, oktyabrın 12-si tarixinə ölkənin qaz anbarları 95,14 faiz dolu olub. Avropa İttifaqı ölkələrinin qaz anbarları 91,64 faiz doludur, onlarda mümkün 107,7 milyard kubmetrə qarşı 98,7 milyard kubmetr qaz toplanıb.

Musavat.com xəbər verir ki, Avropa ölkələrindən Niderland, Latviya və Rumıniya artıq anbarlardan qaz götürməyə başlayıb. Onların anbarlardan götürdükləri həcmlər vurulandan daha çoxdur.

Hazırda Avropa ölkələrindən Portuqaliya, Belçikada anbarlar 100 faiz, Danimarkada 99,15 faiz, Polşada 98,45 faiz, Fransada 98,35 faiz, İtaliyada 93,43 faiz, Niderlandda 92,75 faiz, İsveçdə 92,94 faiz, Slovakiyada 90,48 faiz, Çexiyada 88,65 faiz, Rumıniyada 89,58 faiz, Avstriyada 85,04 faiz, Bolqarıstanda 81,26 faiz, Macarıstanda 77,65 faiz, Latviyada isə 53,77 faiz doludur.

Oktyabr ayında Polşa "Baltic Pipline" kəməri ilə Norveçdən, Bolqarıstan isə istismara verilən interkonnektor vasitəsilə Yunanıstan üzərindən Azərbaycan qazını əldə etməyə başlayıb. Bu gündən etibarən Almaniyaya Fransa ərazisindəki maye qaz terminallarından qaz daşıyan kəmər də işə salınıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR