İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada 1 günlük müqavilələr üzrə qazın qiyməti 856 dollara düşdü  

789 05.10.2022 14:32 İqtisadiyyat A A

Avropada müşahidə olunan isti havalar qaz bazarında təzadlı vəziyyətin yaranmasına səbəb olub.

Belə ki, Niderlandın TTF birjasında qısamüddətli(1 günlük) spot müqavilələri üzrə min kubmetr qazın qiyməti 856 dollara düşüb. Bbu zaman bir ay sonraya – noyabra olan müqavilələr üzrə qiymət 1749 dollar, fevral müqavilələri üzrə qiymət isə 1890 dollar təşkil edib.

Musavat.com xəbər verir ki, Asiyada fevral fyuçersləri üzrə qiymət 1492 dollardır. Bu həftənin əvvəlindən Avropada müşahidə olunan az küləkli hava nəticəsində qitənin elektrik enerjisi təminatında külək enerjisinin payı 13,9 faiz təşkil edib. Ötən həftə bu göstərici 19 faiz olub.

Gas Infrastructure Europenin məlumatına əsasən bu günə Avropanın qaz anbarları 90,40 faiz doludur. Bu, ötən ilin eyni günü ilə müqayisədə 15 faiz yüksək göstəricidir. Avropa Birliyinin qaz anbarlarına malik 18 ölkəsindən 12-i artıq 80 faizlik dolumluluğu təmin edib. Yaxın həftələrdə Litvadan başqa digər dövlətlərin də bu həddi təmin edəcəyi gözlənilir.

Avropa İttifaqının rəhbəri Ursula fon der Lyayenin verdiyi məlumata görə, Aİ-nin Rusiya qazından asılılığı 2022-ci ilin əvvəlindəki 41 faizdən indi 7,5 faizə düşüb. Yaxın aylarda bu göstəricinin daha da azalması təmin ediləcək.

Mart ayından indiyədək Aİ ölkələri qaz istehlakını 10 faiz azaldıblar. Daha 5 faiz azalma ilə Avropa bu qış Rusiya qazı olmadan öz enerji təchizatını tam təmin edəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR