İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Şurası ilə münasibətlər normallaşa bilərmi? -Ekspert rəyi  

554 26.01.2024 12:44 Dünya A A

“44 günlük Vətən müharibəsindən sonra bir sıra Avropa dövlətləri və strukturlarının Azərbaycana mənfi münasibətini müşahidə etməyə başladıq. Xüsusilə, 2023-cü ilin sentyabr ayında Azərbaycan ordusunun keçirdiyi uğurlu anti-terror tədbirlərindən sonra  oktyabr ayında Avropa Şurası əleyhimizə qətnamə qəbul etdi. Azərbaycan ermənilərin məcburi köçürülməsində ittiham edilirdi. Bir sözlə, proseslər AŞPA-nın belə bir qərar verəcəyi ehtimalını artırırdı”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli deyib. Ekspert xatırladıb ki, nə oktyabr ayında qəbul edilən qətnamə, nə də digər rəsmi şəxslərin ittihamedici açıqlamalarının heç bir əsası yoxdur: “Azərbaycan Qarabağda yaşayan erməniləri məcburi şəkildə köçürməyib. Xatırladım ki, ötən ilin oktyabr ayında BMT missiyası bölgəyə səfər edib. Hesabatda heç bir zorakılığın qeydə alınmadığı bəyan edilib. Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı iştirakını 1 il müddətinə məhdudlaşdırmaq bir sıra Avropa dövlətlərinin geosiyasi maraqlarından doğan qərardır. Xüsusilə, Fransa Avropa Şurasından Azərbaycana qarşı istifadə etməyə çalışır. Hər bir halda Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarda təmsil olunmaq, inteqrasiya proseslərində iştirak etmək vacib istiqamətlərdən biridir. Vaxtilə Avropa Şurasına ölkəmizin beynəlxalq proseslərdə yaxından iştirak etməsi üçün daxil olmuşduq. Gözləntimiz həm də Qarabağ münaqişəsinin ədalətli həllinə yardım əldə etmək idi, lakin gözləntilərimiz özünü doğrultmadı”. 

Ekspert deyib ki, yaxın perspektivdə Azərbaycan Avropa Şurası arasında münasibətlərin normallaşacağını gözləmir: “Güman edirəm ki, bir müddət sonra Avropada qərar verən mərkəzlər rasional qərarlar verəcəklər”.

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR